Jun 11 2018 18:08
Views: 606

Pantomima, keramika, xalçaçılıq sənəti, ev maketləri, teatr nümayişi və daha artığı... Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “SABAH” incəsənət festivalı” çərçivəsində nümayiş olunub. Beynəlxalq muğam mərkəzində təşkil olunan sərgidə tələbələrin əsərləri yer alıb.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dövlət Rəssamlıq Akademiyası “SABAH” qruplarının tələbələrinin müxtəlif layihələri və əl işləri ziyarətçilərin marağına səbəb olub. Bakı Musiqi Akademiyasının “SABAH” qrupunun tələbələri isə maraqlı musiqi proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2.300-dən çox tələbəni əhatə edir. 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən “SABAH” qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.


Create Account



Log In Your Account