Oct 23 2019 18:59
Views: 292

“Qarabağ” klubu sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunun keçirəcək. Ağdam təmsilçisi 3-cü turda doğma divarlar arasında Kiprin APOEL klubunu qəbul edəcək. Bu komandalar arasında sayca 3-cü qarşılaşma olacaq. 
Oyun qabağı məşqini keçirən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırarkən o zamankı APOEL-lə indiki APOEL-i müqayisə etməyin doğru olmadığını bildirib.
APOEL klubu artıq Bakıdadır. Qarabağ-APOEL matçına biletlərin demək olar ki, hamısı satılıb. Belə ki, 31 min nəfər tutumu olan Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun üçün sadəcə 3 min bilet satılmayıb. 
APOEL-ə azarkeşlik etmək üçün adadan 80 fanat gələcək. Qarşılaşma sabah 20:55 də baş tutacaq. Oyunu baş hakim slovakiyalı Filip Qlova idarə edəcək.

 


Create Account



Log In Your Account