Dec 26 2018 17:59
Views: 138

Azərbaycanda dövlətçilik ənənələrinin   inkişaf etdirilməsi və müstəqilliyin  qorunması istiqamətində  siyasətə həsr olunan “Sabitlik və rifah naminə  siyasət” adlı daha bir kitab işıq üzü görüb. Kitabda  müstəqilliyin banisi  milli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan  və  prezident İlham Əliyevin  davam etdirdiyi  dövlət siyasətinin  müxtəlif istiqamətlərindən  söhbət açılır. Kitabın elmi redaktoru  Azərbaycan Prezidentinin İçtimai-siyasi  məsələlər üzrə köməkcisi Əli Həsənovdur. Kitab  əsasən  tədqiqatçılar, politoloqlar  və   mühazirəçilər üçün nəzərdə tutulub. Əsərin  müəllifi İsaxan Vəliyev  kitabın gənc nəslin Azərbaycançılıq ideologiyasının öyrənməsi üçün etibarlı elmi mənbə olduğunu deyib.

 


Create Account



Log In Your Account