Aug 28 2019 19:01
Views: 213

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri davam edir. İşlərlə əlaqədar Sabunçu stansiyasının girişində dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq. Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə artıq tunelin tikintisinə başlanılıb.
Tikinti işləri ilə bağlı avtomobillərin alternativ yollarla hərəkəti üçün hər cür şərait yaradılıb. Hazırda kommunikasiya qurğularının köçürülməsi və svayların vurulması işləri aparılır. İstinad divarları hazır olan kimi tunelin qazılması prosesi həyata keçiriləcək.
Xatırladaq ki, tunelin inşası ilə əlaqədar Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edir. Natəvan Bayramovanın sözlərinə görə, elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin sentyabrın sonunadək tam bərpa olunacağı gözlənilir. Tunelin inşasının isə gələn ilin əvvəlində başa çatacağı nəzərdə tutulur.

 


Create Account



Log In Your Account