Sep 24 2019 18:48
Views: 655

Azərbaycan Xarici İşlər Nazirliyi  Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici siyasət idarəsinin rəhbərlərinin görüşü barədə açıqlama yayıb. Açıqlamada deyilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.Nazirlərin görüşünə gəldikdə isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb.

Politoloqlar nazirlərin növbəti görüşünün yekunlarını CBC-yə şərh ediblər.


Create Account



Log In Your Account