Jan 30 2019 18:06
Views: 259

“Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı artıqlaması ilə yerinə yetirildi. Bu gün biz sahibkarlar dövlətin qayğı və diqqəti ilə əhatə olunmuşuq”. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar belə deyirlər. Qeyd edirlər ki, son 15 ildə ölkədə sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb.

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verdi. Artıq dördüncü proqramın icrasına başlanılması nəzərdə tutulur.

Sahibkarlar Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının həyata keçirilməsini yüksək qiymətləndirirlər. Hesab edirlər ki, bu proqram bundan sonra da onların fəaliyyətinə böyük dəstək olacaq.

Sahibkarlığın hərtərəfli dəstəklənməsi sayəsində daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli ixracyönümlü məhsulların istehsal həcmi artır, onların çeşidi genişləndirilir.

Sahibkarların sözlərinə görə, son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib. Dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğı və dəstəyi də bunun bariz nümunəsidir.


Create Account



Log In Your Account