Dec 26 2018 15:02
Views: 386

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycanda özəl sektorun inkişafına dəstək məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlayıb. Bu barədə CBC-yə müsahibəsində agentliyin Aparat rəhbəri Şamil Süleymanlı məlumat verib. Onun sözlərinə görə, agentlik biznesin qiymətləndirilməsi meyarlarına dair təkliflər paketini artıq müvafiq instansiyalara təqdim edib. O qeyd edib ki, mikro biznes 10 əməkdaşdan ibarət olacaq və 200 min manat dövriyyəsi olacaq.

Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə vergi güzəştlərin tətbiqi ilə bağlı təkliflər də hazırlanıb. Şamil Süleymanlının sözlərinə görə, bu kateqoriyaya startaplar da aid ediləcək. Bu sahədə fəaliyyət göstərən şirkətlər 3 il müddətində vergilərdən azad oluna bilər. Mikrobiznesin isə 75 faiz güzəştdən yararlanlması təklif olunur. Bundan başqa agentlik sahibkarllarla müxtəlif istiqamətlərdə əməkdaşlıq etmək məqsədilə KOB dostu ofislərini yaradıb.

Agentlyin aparat rəhbərinin sözlrinə görə, KOB evlərinin vəzifəsi sahibkarlıq subyektlərinə öz bizneslərini təşkil etmək üçün bütün mərhələlərdə dəstək göstərməkdən ibarət olacaq. Bu proses 5 alqoritmə bölünür.

Şamil Süleymanlının sözlərinə görə, agentlik sahibkrlardan gələn müraciətlərin diqqətlə araşdırılmasına xüsusi əhəmiyyət verir. Bu gün əsasən KOB Dostu ofisləri vasitəsilə kiçik və orta biznesin inkişına dəstək məqsədilə tədbirlər həyata keçirilir. Lakin növbəti ildən etibarən qanunvericiliyə dəyişikliklər qüvvəyə mindikdən sonra agentlik tam gücü ilə fəaliyyət göstərəcək və sahibkarlığın stimullaşdırılması üçün planlaşdırılan layihələri həyata keçirəcək.


Create Account



Log In Your Account