Feb 14 2019 18:21
Views: 472

İnnovativ sahibkarlığın inkişaf etidirilməsi, bu prosesin stimullaşdırılması ölkədə iqtisadi inkişafın əsas istiqamətlərindən biridir.  Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya-kommunikasiya sektorunda fəaliyyət göstərən sahibkarlarla görüşündə bildirib. Görüşdə Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub.

Məqsəd ondan ibarətdir ki, sahibkarlar öz fəaliyyətini daha səmərəli, daha şəffaf təşkil edə bilsinlər. İlk növbədə, fəaliyyətlərində uğurlu olsunlar, dövlətə vergi ödənməsində daha da dəqiq olsunlar. Qeyd olunub ki, bu stimullaşdırıcı tədbirlər ölkəmizdə innovativ sahibkarlığın daha da sürətli inkişafına təsir edəcək.

Qeyd edək ki, görüş çərçivəsində kiçik və orta biznes nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə onları maraqlandıran məsələləri müzakirə ediblər.


Create Account



Log In Your Account