Jan 31 2019 14:35
Views: 1089

Son 15 ildə Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün böyük işlər görülüb. “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı”nın uğurlu icrası ölkənin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlverişli şərait yaradıb. Sahibkarlar da onlara yaradılan bu imkanlardan faydalandıqlarını deyirlər.

Son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Kənd təsərrüfatı məhsulları üzrə ölkəyə valyuta gətirən meyvələrdən biri də xurmadır. Əgər 2017-ci ildə xurma ixracı 90 milyon dollar səviyyəsində olubsa, indi bu rəqəm 114 milyon dollara çatıb.

Son 15 ildə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Elə bu fakt da sübut edir ki, “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı” uğurla yerinə yetirilib. Bu sahədə qarşıya qoyulan bütün vəzifələr icra olunub.


Create Account



Log In Your Account