Sep 05 2019 18:10
Views: 641

İstanbulun məşhur “Tophane-i Amire Mədəniyyət və İncəsənət Mərkəzində Azərbaycanın görkəmli rəssamı, dünya şöhrətli fırça ustası Sakit Məmmədovun sərgisi açılıb. Oktyabrın 5-nə qədər davam edəcək sərgi "SOCAR Türkiyə"nin dəstəyi ilə baş tutub. 

Azərbaycanın ən tanınmış rəssamlarından biri olan Sakit Məmmədovun "Opalizm" adlı sərgisində 160-dan çox əsər nümayiş olunur. Habelə rəssamın özünəməxsusluğu ilə diqqət çəkən  sənətini əks etdirən kitabı da "SOCAR Türkiyə"nin dəstəyi ilə oxuculara təqdim edilir.

Böyük Britaniya kraliçası ikinci Yelizavetanın da sənətinə böyük dəyər verdiyi Sakit Məmmədov opalizm janrının əsasını qoyub. Rəssamın opal daşından ilhamlanaraq yaratdığı bu janrda, rəngin vurğulandığı bir anlayış mövcuddur.

Azərbaycanın xalq rəssamı Sakit Məmmədov Rusiya İmperator Rəssamlıq Akademiyası medalı, Leonardo Da Vinci medalı, Motsart medalı, Dünya Rəssamlıq Akademiyası medalı, Avropa Şərəf Nişanı və İtaliya qızıl medalı da daxil olmaqla bir çox beynəlxalq mükafatların laureatıdır. Məşhur sənətkar bu günə qədər əksər Avropa ölkələrində, Misir, Avstraliya, Sinqapur kimi bir çox ölkədə sərgi açıb. Əsərləri Moskva, Sankt-Peterburq, Bakı, Türkiyə və Vatikanın bir çox muzeylərində nümayiş olunur.


Create Account



Log In Your Account