Sep 02 2019 18:44
Views: 218

Bakıda  Yeniyetmələr arasında ilk beynəlxalq “Salam” kinofestivalına start verilib. Kinofestivalın əsas məqsədi gənclərin milli-mənəvi və bəşəri dəyərlərə uyğun tərbiyə olunması, azərbaycanlı yeniyetmələrin digər ölkələrdən olan yaşıdları arasında dostluq əlaqələrinin yaradılması və mədəniyyətin təbliğidir.  Festivalda 11 ölkədən 300-ə yaxın gənc iştrak edir. Bu gənclər kinoya hobbi kimi yanaşsalar da, qısametrajlı filmlər çəkərək özlərini müəllif kimi sınaqdan keçirirlər.
“Salam” festivalı çərçivəsində ustad dərslərinin keçirilməsi planlaşdırırlır. Kino sənətinin peşəkarları gənclərə kino sənətinin bütün sirlərini öyrətməklə yanaşı kino çəkilişi üçün lazım olan bütün məqamları açıqlayacaqlar.
Gənc iştirakçılar ən yaxşıları özləri seçəcəklər. Belə ki, onlar münsiflər heyəti qismində festivalda iştirak edəcəklər. “Nəriman-film” kinostudiyasının təşkil etidiyi festival sentyabrın 5-dək davam edəcək.

 


Create Account



Log In Your Account