Aug 21 2019 15:09
Views: 206

Azərbaycanın turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu ildən-ilə artır. Turizm sahəsinə göstərilən qayğı sayəsində Azərbaycana sağlamlıq məqsədilə gələn turistlərin coğrafiyası genişlənib. Hesablamalara görə, 2019-cu ilin sonunadək sağlamlıq turizmindən əldə edilən gəlirlər 18 faiz artacaq. Ötən ilin yanvar-noyabr aylarında bu məqsədlə Azərbaycana gələn turistlərin sayında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz artım olub. Ekspertlərin sözlərinə görə, Azərbaycanda sağlamlıq turizminin bütün əsas istiqamətlərini inkişaf etdirmək üçün münbit şərait var. 

Son illər Azərbaycanda kurort infrastrukturu da sürətlə inkişaf edir. Ölkədə istirahət və müalicəni təmin edən müəssisələr fəaliyyət göstərir. Hər zövqə və qiymətə uyğun otellər, sanotoriyalar var. Azərbaycanda kimyəvi tərkibindən asılı olaraq bir çox xəstəliklərin müalicəsində istifadə olunan çoxlu sayda isti mineral bulaqlar – “İsti-su” mövcuddur. Məsələn, Qalaaltıdakı mənbə böyrək xəstəliklərinin müalicəsində əvəzolunmazdır. Masallının termal suları isə bir sıra xəstəlikləri aradan qaldıra bilir. Naxçıvanda yerləşən Duzdağ turistlərin daha çox üz tutduğu məkanlardandır. Burada müasir tipli xəstəxana fəaliyyət göstərir.

Assosiasiya sədrinin fikrincə, Azərbaycanda sağlamlıq turizminin xəritəsi hazırlanmalıdır. O, hesab edir ki, sözügedən xəritə turizmin bu növünün inkişafına böyük töhfə verəcək. Həmçinin ölkənin sağlamlıq-müalicə mərkəzlərində, xüsusən də, menecment sahəsində innovativ həllərin istifadəsi genişləndirilməlidir.


Create Account



Log In Your Account