Oct 10 2019 19:28
Views: 278

Dövlət Neft Şirkətində SAP şirkəti ilə birlikdə MDB ölkələrinin neft-qaz şirkətlərinin nümayəndələrinin iştirakı ilə "SAP Energy" forumu işə başlayıb. Tədbiri SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov açaraq forumun işinə uğurlar arzulayıb. Tədbirdə "Rosneft", "LukOil", "Gazprom", "Gazprom neft", "Transneft" və digər şirkətlərin nümayəndələri iştirak edib. Forumun işində sahə ekspertlərinin və SAP-ın neft-qazın rəqəmsallaşdırılması haqqında hesabatları və digər innovativ layihələrlə bağlı müzakirələr aparılıb. Xatırladaq ki, 2008-ci ildən SOCAR-ın müəssisə və təşkilatlarında SAP-ın modulları tətbiq edilir.


Create Account



Log In Your Account