Oct 14 2019 16:50
Views: 270

Bu gün MDB ölkələri arasında enerji sektoru ən sürətlə inkişaf edən sahələrdən biridir. Bunu CBC-yə eksklüziv müsahibəsində SAP-ın  baş direktorunun MDB ölkələri üzrə müavini Dmitri Pilipenko deyib. Onun sözlərinə görə, regionda olan  qabaqcıl ixtisaslaşmış şirkətlər innovativ texnologiyaların tətbiqi vasitəsi ilə daim iş prosesini optimallaşdırır. Lakin bölgənin perspektivləri bu şirkətlərin qarşısına yeni məsələlər qoyur.
Dmitri Pilipenkonun sözlərinə görə, SOCAR innovativ sistemlərin tətbiqinə görə regionun lideridir. Belə ki, təkcə son 10 il ərzində SOCRA bütün əsas seqmentlərində 6000-dən çox proqram təminatı sistemlərini tətbiq edib. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti istehsal proseslərinin rəqəmsallaşdırılması üçün hərtərəfli addımlar atır.
SOCAR və  SAP şirkətləri 2008-ci ildən əməkdaşlıq edir. bu müddət ərzində Azərbaycan neft şirkətinin əsas strukturlarına 3500-ə yaxın elektron sənədləşmə və 3800- ə yaxın modul inteqrasiya olunub


Create Account



Log In Your Account