Jun 07 2019 18:46
Views: 256

Bu gündən Naxçıvanda Azərbaycan və Türkiyə ordusunun birgə “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçirilir.  Təlimin məqsədi müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişafına nail olmaqdır.

Təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri iştirak edir. Bu, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin bu il keçirdiyi üçüncü birgə təlimdir. Təlim bura cəlb olunan şəxsi heyət və texnikanın həcminə görə fərqlənir.

Təlimlərin Azərbaycanın ən vacib regionlarından biri olan Naxçıvanda keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu, bir daha sübut edir ki, blokada şəraitində yaşayan Naxçıvan ərazisinin hərbi təhlükəsizliyi yüksək səviyyədə qorunur.


Create Account



Log In Your Account