Dec 13 2019 16:25
Views: 138

Bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 11,1 faiz artıb. Bir neçə gün öncə isə Azərbaycana 2019-cu il ərzində 3 milyonuncu turistin gəlişi qeydə alınıb. Bir çox ölkələrlə viza rejiminin sadələşdirilməsi, birbaşa aviareyslərin açılması, yalnız Bakıda deyil, həm də regionlarda işgüzar turiizmin inkişafı istiqamətində görülən işlər bu sahədə ciddi irəliləyişlərin əsas səbəbləridir. Turizmin Agentliyinin nümayəndəsi qeyd edir ki, Azərbaycana gələn qonaqlar əsasən Bakı və Abşeronu görmək istəyirlər. lakin regionlara maraq da ildən-ilə artır. Turizm infrastrukturunun inkişafı məqsədilə turistlər üçün dəstək mərkəzi də yaradılacaq. Qış fəsli Azərbaycana səyahət etmək istəyən turistlərin daha çox üstünlük verdiyi turizm mövsümüdür. Dekabrın 14-dən başlayaraq Şahdağ və Tufandağda fəaliyyət göstərən turizm məkanları turistləri qəbul edəcək. Dövlət Turizm agentliyi bütün mövsümlərdə Azərbaycanın turizm baxımından cəlbediciliyini artırmağa çalışır. Bunun üçün isə infrastrukturun təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Turzim Agentliyinin hesablamalarına görə həyata keçirilən tədbirlər 2023-cü ildə Azərbaycana gələn turistlərin sayının 4 milyona çatmasına imkan yaradacaq.


Create Account



Log In Your Account