Jan 16 2020 19:38
Views: 468

“Bu günə qədər 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”. Bunu “Seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Qeyd edib ki, öncəki parlament seçkiləri ilə müqayisədə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər rekord sayda deputatlığa namizəd qeydə alınıb. Məzahir Pənahov seçkinin işıqlandırılmasında və daha şəffaf keçməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. Təşviqat mərhələsində bu rolun daha da artacağını bildirib. Toplantıda çıxış edən Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes seçkidə medianın azad fəaliyyəti, namizədlər üçün mətbuatın əlçatanlığı, eləcə də gender bərabərliyinin qorunmasının önəmindən danışıb. Avropa Şurasının seçkinin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verdiyini bildirib.


Create Account



Log In Your Account