Apr 17 2019 18:08
Views: 420

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə 2016-cı ildə irəli sürülən təkliflərin müzakirə olunduğunu təsdiq edib. 

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu iclasın yekunlarına dair müsahibələrinin birində xatırladıb ki, görüşdə 2016-cı ilin təklifləri müzakirə olunub. Buna görə də mənim bura əlavəm yoxdur” deyə Lavrov bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, indiki təkliflər də həmsədr ölkələrin Rusiya, ABŞ, Fransa rəhbərlərinin çoxsaylı bəyanatlarında təsdiqini tapmış prinsiplərə əsaslanır. Bu bəyanatlar tərəflərin özləri arsında ərazi bütövlüyü, xalqların öz müqəddaratını təyinetmə və gücdən istifadə etməmək prinsipləri əsasında razılaşmanın tapılmasını ehtiva edir. Lavrov bildirib ki, dövlət başçılarının və ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrda qəbul olunmuş sonuncu bəyanatında bütün baza istiqmətləri əksini tapıb. Detallar təbii ki, məxfidir. Rusiya xarici işlər naziri Moskvada keçirilən görüşdə müzakirə edilən humanitar tədbirlər barədə də danışıb.

Biz mənim iştirakımla Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirdik. ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin dağlıq Qarabağ münaqişəsi üzrə nümayəndəsi də bizə qoşuldu. Belə informasiyalar yayılıb ki 2016-cı ilin təklifləri müzakirə olunub. Əgər mən doğru başa düşürəmsə


Create Account



Log In Your Account