Aug 13 2020 18:15
Views: 293

Gələn həftədən Azərbaycanda seroloji testlərin keçirilməsi planlaşdırılır. Bu testlərin mahiyyəti və önəmi nədir, kimlər bu testlərdən keçə biləcək? Bu və digər suallarımızı TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova cavablandırıb. Q.Ələkbərova bildirib ki, testlər könüllülər üzərində aparılacaq. Testlərə razılıq verənlərdən qan götürüləcək və nəticələri 3-5 gün içində açıqlanacaq. Qeyd edək ki, seroloji testlər koronavirusa yoluxmuş aktiv xəstəliyi göstərmir. Bu testlər sadəcə insanın indiyədək koronavirusa yoluxub-yoluxmadığını, orqanizmdə immunitetin yaranıb-yaranmadığını müəyyən edir.


Create Account



Log In Your Account