Jun 12 2019 19:02
Views: 517

“Xəzər dənizi Asiya və Avropa arasında tranzit rolunu oynayır. Dünya enerji xəritəsində böyük əhəmiyyətə malikdir.” Bu fikirləri Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev" I Xəzər iqtisadi Forumu"na həsr olunmuş dəyirmi masada deyib. Səfir  Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Bu coğrafiyada vacib beynəlxalq layihələr reallaşdırılır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Xəzəryanı ölkələrin birgə səylərin artırılmasında beyin mərkəzlərinin yaradılmasını təklif edib. Bildirib ki, iqtisadi təşəbbüslərin sistemli və effektli nəticələnməsi üçün beyin mərkəzlərinin rolu müstəsna xarakter daşıya bilər. Xəzəryanı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinin əhəmiyyəti vurğulanıb.

Birinci Xəzər İqtisadi Forumu bu il avqustun 12-də  Türkmənistanda “Avaza” Milli Turizm Zonasında keçiriləcək. TürKmənistan prezidentinin sərəncamına əsasən tədbirə hazırlıq məqsədi ilə təşkilat komitəsi yaradılıb.    


Create Account



Log In Your Account