Dec 14 2018 14:28
Views: 374

“Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq mövcuddur.” Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev ölkəsinin müstəqillik günü ilə bağlı təşkil olunmuş qəbulda deyib. Səfir bildirib ki, Qazaxıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana daim dəstək verir.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında həmişə səmimi dostluq münasibətləri olub.Qeyd edib ki, bu əlaqələr hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra intensiv inkişaf etməyə başlayıb.

Qazaxıstan Keçmiş Sovet İttifaqı  respublikaları içərisində müstəqillik haqqında qanunu ən son qəbul edən ölkələrdən biri olub.  Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci ilin avqustunda qurulub.


Create Account



Log In Your Account