Feb 08 2019 18:02
Views: 362

Fransa prezidentinin aprelin 24-nü “erməni soyqırımı”nı anma günü elan etməsi Türkiyədə böyük hiddətlə qarşılanıb. Artıq Türkiyə rəsmiləri məsələyə münasibətlərini açıqlayıblar və bu qərarın heç bir hüquqi əsası olmadığını deyiblər. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə qərarın iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcəyini istisna etmir.

Fransa prezidentinin 100 il əvvəlki hadisələrlə bağlı açıqlaması beynəlxalq norma və standartlara tamamilə ziddir. Ekspertlər hesab edir ki, Fransa prezidenti Emmanuel Makron bu fikri ilə elə öz ölkəsində qəbul olunmuş qanunları da pozmuş olur. Çünki həm Fransa Konstitusiya Məhkəməsi , həm də Avropa İnsan Haqları Məhkəməsi bu tarixi hadisələr haqqında iddiaları rədd edib.

Fransa prezidentinin qərarı  Azərbaycan ictimayyəti və siyasi dairələr tərəfindən qınaqla qarşılanıb. Bu məsələdə Türkiyə diaspou xarici ölkələrdə yaşayan azərbaycanlıların dəstəyinə arxalanır.

Fransanın eks-prezident Nikola Sarkozinin dövründə erməni soyqırımını inkar edənlərin cəzalandırılmasına dair qanun qəbul edilmiş, sonradan Konstitusiya məhkəməsi təəfindən ləğv edilmişdi. Ekspertlər inanırlar ki, Makronun bəyanatını da eyni aqibət gözləyir.


Create Account



Log In Your Account