Sep 10 2019 18:22
Views: 318

“Ukrayna və Azərbaycan arasında regional əməkdaşlıq turizmin inkişafına böyük töhfə verəcək”. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib. Səfir bildirib ki, bu ilin sonunadək 50 minə yaxın ukraynalı turistin Azərbaycana səfər edəcəyi gözlənilir. O, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın möhkəmlənəcəyini vurğulayıb. Diplomatın sözlərinə görə, Ukrayna Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.  Vladislav Kanevski qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi dəyişməzdir. Onun sözlərinə görə, postsovet məkanında, o cümlədən GUAM çərçivəsində münaqişələrin həlli üçün azı bir münaqişənin həlli nümunə olmalıdır. Bildirib ki, birlikdə, məsləhətləşmələr çərçivəsində, bir istiqamətdə hərəkət etmək lazımdır.


Create Account



Log In Your Account