Apr 08 2019 18:19
Views: 295

Siyasi əlaqələrin möhkəmlənməsi və iqtisadi münasbətlərin diversifikasiyaı Azərbaycanla Mərakeşin tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edir. Bu barədə CBC-yə eksklüziv müsahibəsində Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş məlumat verib. Onun sözlərinə görə iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlər beynəlxalq arenada milli maraqların müdafiəsində qarşılıqlı olaraq bir-birini dəstəkləməsinə şərait yaradır. Səfir bu əlaqələrin qurulmasında milli lider Heydər Əiyevin xüsusi rolunu da qeyd edib.

Səfirin sözlərinə görə Azərbycan və Mərakeşin iqisadi inkişaf strategiyasında ortaq məqamlar çoxdur. Bu isə iki dost ölkənin münasibətlərini strateji tərəfsaşlıq müstəvisinə keçirməyə imkan yaradır.

Səfirin sözləriə görə Azərbaycada yaradılmış nəqliyyat infrastrukturu ticarət yolları üçün yeni perspektivlər vəd edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmiryolu Şərq və Qərb arasında yeni körpülərdir. Mərakeşin Aralıq dənizi sahilində yaradlmış nəqliyyat infrastrukturu isə Afrika materikinin dərinlliklərinə gedib çıxan yeni nəqliyyat xəttidir. 

Azərbaycan və Mərakeş nüfuzlu beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir. Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkıəyir. Mərakeş Krallığı Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr tarixində tanıyıb. 1992-ci ilin 25 avqustunda Azərbaycanla Mərakeş arasında diplomatikəlaqələr yaradılıb.


Create Account



Log In Your Account