Jan 13 2021 18:35
Views: 397

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya dünən 329 müraciətə, iki gün ərzində isə cəmi 532 müraciətə baxıb və onlarln həlli üzrə müvafiq tədbirlər görülüb. Müraciətlərin operativ araşdırılması, vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Füzuli rayonu ərazisində də komissiyanın səyyar qrupu fəaliyyət göstərir. Füzulidəki səyyar qrup ə bu günədək 96 müraciətə baxıb, onlardan 51 müraciət yerində həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb. Tərxis olunan şəxslər fərqli məsələlərlə bağlı komissiyaya müraciət edirlər. Bura hərbi biletlərin yazılıb hazırlanması, medallarla təltif olunma və digər məsələlər aiddir. Uzaqda yaşayan vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq, BƏZİ MÜRACİƏTLƏRLƏ BAĞLI lazımi sənədlərin əldə edilməsi üçün aidiyyəti hərbi hissələrə sorğular DA göndərilir. Müdafiə Nazirliyi müharibə iştirakçıları və onların ailə üzvlərini istənilən məsələnin həlli ilə bağlı Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzindəki komissiyaya yazılı və şifahi formada müraciət etməyə çağırır. Qeyd edək ki, Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiya yanvarın 11-dən işə başlayıb.


Create Account



Log In Your Account