Mar 06 2019 16:43
Views: 259

Bakıda qadın sahibkarlığı mövzusunda üçüncü “SHE” konqresi keçirilib. Beynəlxalq forumda ABŞ, Böyük Britaniya, Almaniya, İsrail, Kanada, Fransa və digər ölkələrdən ekspertlər iştirak edib. “SHE 2019” konqresinin əsas məqsədi azərbaycanlı qadın sahibkarları və müxtəlif sahələrdə çalışan mütəxəssisləri ruhlandırmaq, onlara dəstək olmaq və uğurlu nümunələri göstərməkdir. Tədbir çərçivəsində xarici nümayəndələrin azərbaycanlı həmkarları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

 

Azərbaycanın dünya arenasında inkişafı üçün iqtisadi baaxımdan müstəqil, güclü qaıdnlar lazımdır. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Hicran  Hüseynova çıxışında bildirib. Onun sözlərinə görə, Azərbaycanda qadınların sahibkarlıq sahəsində cəlb olunması, kiçik və orta biznesdə imkanlarının genişləndirilməsi üçün aktiv iş aparılır.

Lider və yaradıcı qadınlar iqtisadiyyatın, xüsusilə, kiçik və orta biznesin, həmçinin, cəmiyyətin və ailənin yeni hərəkətverici qüvvəsidır. Bu konqres isə yeni iş quran qadlnlar üçün ilkin biliklər almaq, öz peşəkarlığını artırmaq, təcrübə mübadiləsi aparmaq baxımından önəmli bir tədbirdir. Azərbaycanda qadınların peşə seçimində hansısa məhdudiyyət yoxdur. Qadın sahibkarlığının inkişafı Azərbaycanın dövlət siyasətinin əvəzolunmaz hissəsidir.

SHE” konqresi sahibkar qadınları, həmçinin şirkət və təşkilatlarda aparıcı vəzifələri tutan qadınları bir araya gətirən unikal bir platformadır. Burada aktual mövzular müzakirə olunur və gələcək üçün körpü qurulur. Bu il tədbirdə fərqli ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə b2b formatlı görüşlər də nəzərdə tutulub.


Create Account



Log In Your Account