May 05 2018 18:38
Views: 781

Görkəmli teatr və kino aktyoru, Xalq Artisti Fuad Poladov vəfat edib. Azərbaycan səhnəsində əvəzedilməz obrazlar yaradan Fuad Poladov ağır xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.
Xalq artisti Fəxrəddin Manafov da daxil olmaqla, vida mərasiminə gələn hər kəs Fuad Poladovu son mənzilə yola salmağa gələn hər kəs onu örnək sənətkar adlandırır. Fuad Poladov səhnədəki özünəməxsus duruşu, dolğun pauzaları, fikirli gəzişmələri, ironik intonasiyaları ilə bir məktəb idi. Heç vaxt təkrarlanmayacaq və yerini doldurmaq mümkün olmayan böyük istedad.
Fuad Poladov 1948-ci ildə Bakıda anadan olub. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu gəLən aktyor səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib. O həm də bir çox filmlərdə yaratdığı obrazlarla sevilib. Göprkəmli aktyor “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Əlvida, cənub şəhəri”, “İstintaq davam edir”, “Qaynana” və digər filmlərdəki yaddaqalan obrazları bundan sonra da yaşayacaq.


Create Account



Log In Your Account