Jul 13 2018 18:37
Views: 441

Qarabağ müharibəsinin od-alovundan keçən hərbi həkimlərin fəaliyyəti yeni sənədli ekran əsərində öz əksini tapıb. Anar Şuşalının rejissorluğu ilə ərsəyə gələn “Səhra  həkimləri” adlı film yaralı əsgər və zabitlərin sağlamlığının keşiyində dayanan tibb işçilərinin fədakarlığından bəhs edir.
Filmin yaradıcıları deyirlər ki, əsas məqsəd Azərbaycan Ordusunun tərkibində fəaliyyət göstərən hərbi həkimlərin işi barədə cəmiyyətə məlumat verməkdir. Bu haqda filmin ssenari müəllifi Rrey Kərimoğlu bildirib:
 “Onların fəaliyyəti cəmiyyət üçün bir az qapalıdır. Çünki ordu qapalı yerdir və orada həkimlərin xidməti -  əsgərlər, döyüşçülər bilir, həkimlər həmişə bir qədər arxa planda qalır. Azərbaycan cəmiyyəti onların fədakarlığını, qəhrəmanlığını bilmirlər. Ona görə də Şəmistan Əlizamanlının rəhbərliyi ilə qərara gəldik ki, hərbi həkimlərimiz haqqında sənədli film çəkək və cəmiyyətə təqdim edək”. 
Qarabağ qazisi Rey Kərimoğlu deyir ki, müharibə zamanı yüksək cəfakeşlik göstərən həkimlərin böyük əməyini yarım saatlıq filmə sığışdırmaq asan olmayıb.  
Gələcəkdə filmin davamının da çəkilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account