Aug 27 2019 18:08
Views: 240

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı görüş keçirilib. Görüşdə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı müzakirə olunub. Plana uyğun icraçı qurumlarla birlikdə görülən işlərin təhlili aparılıb, eyni zamanda bu ilin sonunadək fəaliyyətlərə nəzər yetirilib. Bildirilib ki, Plan üzrə elektrik şəbəkəsinə qoşulma üzrə yeni rəqəmsal elektron xidmətdən sahibkarlar məmnundur, həmçinin bu təcrübənin beynəlxalq və yerli səviyyədə tanıdılması, xidmətin təkmilləşdirilməsi və imkanlarının daha da genişləndirilməsi vacibdir. Qeyd olunub ki, növbəti yarım ildə yeni elektron xidmətin nəticələrinin təhlili aparılacaq və bu sahədə mövcud vəziyyətin qiymətləndiriləcək.


Create Account



Log In Your Account