May 18 2018 18:30
Views: 456

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı keçiriləcək. 10-dan çox ölkənin dövlət və hökumət başçısının qatılacağı toplantı bir qədər sonra başlayacaq. Buna qədər isə təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin hazırlıq iclası baş tutub. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun da iştirak etdiyi iclasda Qəzzadakı vəziyyət, Qüdsün statusu ilə bağlı məsələ müzakirə olunub. Toplantıda çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qüdsün Fələstin dövlətinin paytaxtı olduğunu, Amerika Birləşmiş Ştatlarının səfirliyini Təl-Əvivdən bura köçürməsinin şəhərin statusunu dəyişmədiyini bildirib. Qeyd edib ki, şəhərin tarixi statusunun dəyişməsinə imkan verilməyəcək


Create Account



Log In Your Account