Jul 17 2019 19:02
Views: 434

Yeməklərin dadı, xarici görünüşü, orujinallığı – burada bu məqamlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda İslam mətbəxi günləri kulinariya müsabiqələri ilə davam edir. İştirakçılar toy menyusu, oteldə səhər yeməyi və ya təyyarədə nahar kimi müxtəlif kateqoriyalar üzrə öz ustalıqlarını nümayiş etdirirlər. Aşbazların peşəkarlığını beynəlxalq münsiflər heyəti qiymətləndirir. İştirakçılar həm fərdi, həm də komanda şəklində yarışırlar. Bakıda keçirilən İslam kulinariyası üzrə ilk konqresdə 25 ölkədən olan aşbazlar iştrak edir. Konqres çərçivəsində halal məmulatların beynəlxalq sərgisi də keçirilir.

İslam kulinariyası festivalında Azərbaycanda yaşayan milli azlıqlar da iştrak edib. Onlar milli mətbəxin incilərini açıq havada təşkil olunmuş sərgidə nümayiş etdiriblər. Konqres işini iyulun 18-də yekunlaşdıracaq.


Create Account



Log In Your Account