Jun 24 2019 19:31
Views: 413

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında SƏLİS elektron vətəndaş proqramının tətbiqinə dair brifinq keçirilib. QHT Şurasının sədri, deputat Azay Quliyev vətəndaş qiymətləndirməsinin nəticələrini açıqlayıb. O bildirib ki, ilk dəfə olaraq layihələrin qiymətləndirilməsində vətəndaş rəylərindən istifadə edilib. Qeyd edib ki, bunu şərtləndirən amillər dövlət vəsaitinin  xərclənməsində vətəndaş iştirakını təmin edilməsi, şuranın fəaliyyətin aşkarlılığq və hesabatlılığ prinsipinin gözlənilməsi, vətəndaş iştirakçılığının təmin olunması, maliyyələşdirilən layihələrin ictimaiyyətə tam açıq olmasıdır.  Tətbiq olunan elektron  vətəndaş proqramı nəticəsində vətəndaş layihələrin məzmunu ilə öcədən məlumat əldə etmək imkanı əldə edir ki, bu da Qeyri hökumət təşkilatları arasında rəqabət mühitinin gücləndirilməsinə hesablanıb. Bildirilib ki, Qeydiyyatdan keçən vətəndaşların sayı 10 min 930 nəfərdir. Vətəndaş rəylərinin silinmə səbəblərinə gəlincə, Azay Quliyev bildirib ki, proqramda qeydiyyatdan keçmək üçün tələb olunan məlumatlar düzgün qeyd olunmayıb.


Create Account



Log In Your Account