Apr 25 2019 18:34
Views: 186

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramını istifadəyə verib. Yeni proqam elektron xidmətlərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir.  SƏLİS QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apellyasiya müraciətləri daxil olmaqla ümumilikdə 20 xidmət elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıramağa imkan verir. 

Bundan sonra müsabiqə qalibi olan QHT-lərin müqavilə sənədlərini razılaşdırmaq üçün Şuranın ofisinə gəlmələrinə ehtiyac olmayacaq. QHT-lər elektron növbə götürərək imzalanmış müqaviləni Şuranın ofisindən çox qısa müddət ərzində götürmək imkanı əldə edəcək. Şura gələcəkdə elektron xidmətlərinn əhatə dairəsini genişləndirməyi planlaşdırır.


Create Account



Log In Your Account