Feb 16 2018 19:07
Views: 399

“Sənin sürət formulan” - Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin  Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində həyata keçirəcəyi yeni layihə belə adlanır. Layihə çərmivəsində simulyatorda Formula-1 çempionatı keçiriləcək. Məqsəd Azərbaycanın regionlarında gənclər arasında Formula-1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır. Çempionat çərçivəsində, yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunacaq. Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak edəcəklər.
Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək. Həmin qaliblər Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq final turunda yarışacaqlar.


Create Account



Log In Your Account