Apr 30 2019 18:36
Views: 462

Azərbaycan Memarlıq və İnşaat Universitetində ölkə iqtisadiyyatının inkişafında texnoparkların rolu mövzusuna həsr olunan elmi-praktiki konfrans keçirilib.  qeyd olunub ki, Azərbaycanda son illər bu sahəyə diqqət yetirilir. Bir neçə müxtəlif profilli sənaye parkları fəaliyyət göstərir. Konfransın keçirilməsində məqsəd Azərbaycan iqtisadiyyatının sürətlənməsi üçün sənaye sahələrinin inkişafında vacib rol oynayan texnoparkların yaradılması, problemlərin həlli yollarının araşdırılması və əsaslandırılmasıdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova innovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin uğurlu nəticələrinin Azərbaycanda formalaşmaqda olan texnopark strukturlarına tətbiq olunduğunu vurğulayıb. O, iqtisadiyyatın sürətlənməsində rol oynayan texnoparkların ali məktəblərdə də yaradılmasının vacibliyi və əhəmiyyətindən, bu istiqamətdə mövcud problemlərin həlli yollarından danışıb. Çıxış edənlər ölkədə bu sahədə son illər aparılan siyasətin nəticə verdiyini qeyd ediblər.

Konfransda Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktoru Nazim Talıbov, İqtisadiyyat  Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tətqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və digər mütəxəssislərin məruzələri dinlənilib. Konfrans müzakirələrlə davam edib.


Create Account



Log In Your Account