Jul 24 2019 18:15
Views: 184

Azərbaycanda daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada verilir. Elektron çıxarışın tətbiqi vətəndaş-məmur ünsiyyətinin minimuma endirməklə yanaşı, əmlakların qeydiyyatı prosesini sadələşdirib, bu sahədə operativlik və optimallığı artırıb. Elektron çıxarışların verilməsinə dair prezident fərmanının tətbiqindən sonra artıq  50 mininci elektron çıxarış verilib. Elektron çıxarışın sahibi telejurnalist Afət Məhərrəmova olub. O, Ramana qəsəbəsindəki torpaq sahəsinin qeydiyyatı üçün komitənin Əmlak Xidmətləri Məkanına müraciət edib.

Elektron çıxarış Əmlak Xidmətləri Məkanında təqdim olunub. Burada vətəndaşlar əmlak idarəçiliyi ilə bağlı 46 xidmətdən rahatlıqla yararlana bilrlər. Qısa zaman müddətində bu məkanda 130 min vətəndaşa əmlak idarəçiliyi ilə bağlı xidmətlər göstərilib.

Komitənin şöbə müdiri Qulu Xəlilov bildirir ki, elektron çıxarışların verilməsi ilə yanaşı, ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı Sloveniya, Rusiya və digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlər də var.

“Bu sahədə beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb. Bunun əsasında sənədisz fərdi yaşayış evlərinin qeydiyyata alınması ilə bağlı konsepsiya hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib. Ölkə başçısının tapşırıqlarına əsasən, artıq bu məsələ ilə bağlı işçi qrup yaradılıb. Həmçinin, bütün rayonlarda yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb”.

Qulu Xəlilov qeyd edir ki, artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə  inşa edilmiş özbaşına tikililər haqda məlumat həmin komissiyalara təqdim edilib. Komissiyalar həmin məlumatlar əsasında özbaşına tikililərin inventarlaşdırılması və dəqiqləşdirilməsi işlərini həyata keçirəcək.

 


Create Account



Log In Your Account