Jun 13 2019 19:15
Views: 327

SOCAR prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının 
Yüksək Texnologiyalar Parkında olublar. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
akademik Akif Əlizadə bildirib ki, Yüksək Texnologiyalar Parkında
müxtəlif təyinatlı innovativ müəssisələr fəaliyyət göstərir.SOCAR rəhbərliyi ilk növbədə AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış
olub, daha sonra “AMEA Təcrübə – Sənaye Zavodu” və “Millers Oils Azerbaijan” Məhdud
Məsuliyyətli Cəmiyyətlərində istehsal prosesi və hazır neft məhsullarına baxış keçiriblər.“Millers Oils Azerbaijan” və “AMEA Təcrübə - Sənaye Zavodu” SOCAR ilə əməkdaşlıq çərçivəsində öz xammal təchizatının bir hissəsini Heydər Əliyev adına Neft Emalı Zavodunun
vasitəsi ilə həyata keçirir. Daha sonra SOCAR-ın rəhbər heyəti AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin pilotsuz uçuş
aparatları və hərbi yönümlü innovasiya məhsulları ilə tanış olublar. Gələcək
əməkdaşlığın təşkili, kadr və təcrübə mübadiləsinin aparılması ilə bağlı müzakirə aparılıb.


Create Account



Log In Your Account