Oct 19 2019 20:53
Views: 289

SOCAR AQŞ-nin Ankara ofisi açılıb. SOCAR AQŞ-nin Ankara ofisində ilk tədbir 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilib. SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev qeyd edib ki, Azərbaycan hökuməti məqsədli şəkildə sənayesini moderləşdirmək strategiyası həyata keçirir və milli şirkətlərin ölkə xaricində fəaliyyət göstərməsinə əsaslı zəminlər yaradır. Rəhbərlik etdiyi qurumun fəaliyyətindən geniş bəhs edən baş direktor bildirib ki, SOCAR AQŞ iş imkanlarını cəmləşdirərək, eyni zamanda, Türkiyədəki biznes tərəfdaşları ilə bir yerdə çalışmaq üçün qardaş ölkədə başladığı layihəni müvəffəqiyyətlə başa çatdıracaq. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar və digərləri iştirak ediblər.


Create Account



Log In Your Account