Jun 02 2020 18:08
Views: 390

Azərbaycanda koronavirus təhlükəsi bitmədiyindən sosial məsafənin saxlanılması, qoruyucu maskalardan istifadənin təşviqi aktualdır. Artıq şirkətlər öz korporativ sosial məsuliyyət strategiyaları çərçivəsində Dünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərərgahın təlimatlarına uyğun olaraq infeksiya ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə tədbirlər həyata keçirir. Bu qurumlardan biri də SOCAR AQŞ-dir. Fevraldan görülən bu tədbirlərin gücləndirilməsi və icrasının nəzarətdə saxlanılması məqsədilə müəssisədə işçi qrup yaradılıb.

SOCAR AQŞ tədbirlər çəvçivəsində müxtəlif məlumatlandırıcı və maarifləndirici materiallar hazırlayıb. İş başında olan ayrı-ayrı peşə sahibləri, o cümlədən neftçilərin xüsusi karantin dövründə davranışları barədə maarifləndirici  videoçarxlar təqdim olunub. Hazırlanan sonuncu rolikdə isə bir neftçinin dilindən insanlara xüsusi karantin rejiminin qaydalarına riayət etmələri tövsiyə olunur.

Animasiya filmi janrında hazırlanan rolik böyük marağa səbəb olub.

Müəssisə koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmağa davam edir. Pandemiya tam bitmədiyindən tezliklə yenidən normal həyata dönməyin yolu qoruyucu vasitələrdən düzgün istifadə etməkdən keçir.


Create Account



Log In Your Account