Oct 31 2019 18:31
Views: 141

“SOCAR-AQŞ” «Bulla -dəniz» yatağında daha bir quyu tikintisini uğurla və keyfiyyətlə başa çatdırıb. tikinti zamanı ’’SOCAR-AQŞ” qazmaçıları dünyanın yüksək təzyiqli yataqlarından biri hesab edilən bu yataqda bir çox ilklərə imza atıblar. məsələn, ilk dəfə olaraq 546 tonluq ikinci  aralıq kəmərin 5093 m dərinliyə, çəkisi 393 ton olan texniki kəmərin isə 5620 m dərinliyə 24 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib. 
Bundan əlavə, Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazılması zamanı və o cümlədən, «Bulla -dəniz» yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsi uğurla həyata keçirilib. İlk dəfə olaraq, «Bulla -dəniz» yatağında quyu lüləsi boyunca V horizontda və VII horizontun tavanına qədər geofiziki tədqiqat və lay təzyiqinin ölçüməsi işləri uğurla həyata keçirilib.
“SOCAR-AQŞ”  6 saylı stasionar dəniz özülündən faktiki dərinliyi  6200  m olan 113 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olan 113 nömrəli quyuda həyata keçirilən əməliyyatlarla bağlı bütün texnoloji parametrlərə və tələblərə tam riayət olunub. 
Qeyd edək ki, hazırda “SOCAR-AQŞ” dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla-dəniz’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində qazma işləri aparır.


Create Account



Log In Your Account