Nov 09 2019 18:49
Views: 122

“SOCAR AQŞ” MMC hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq standartları hazırlayan nüfuzlu Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub. Şirkətdən bildirilib ki, “SOCAR AQŞ” üzv olmaqla bu sahədə Azərbaycan müəssisələri arasında ilkə imza atıb. 
GRI-A qoşulmaqla müəssisə iqtisadi inkişafın mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi idarəetmə, nəzarət forma və metodlarının yaradılması, monitorinq sisteminin təkmilləşdirilməsi və statistika infrastrukturunun yaxşılaşdırılması sahələrində qabaqcıl standartları tətbiq edir. 1997-ci ildə təsis edilmiş və baş qərargahı Amsterdamda yerləşən 
GRI hesabatlılıq standartlarına görə, dünyada ən çox istinad edilən qabaqcıl beynəlxalq təşkilatdır. GRI dövlət təsisatlarını, özəl sektor və vətəndaş cəmiyyətlərini beynəlxalq standartlara istinad edərək fəaliyyətlərində şəffaflıq və hesabatlılıq meyarlarının əsas götürülməsinə dəvət edir.

 


Create Account



Log In Your Account