Sep 19 2019 17:50
Views: 249

 

“SOCAR AQŞ” şirkəti 20 sentyabr Neftçilər Günü və “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə təntənəli mərasim keçirib. “SOCAR-AQŞ” MMC-nin fəaliyyətinə dair videoçarx nümayişindən sonr şirkətin baş direktoru Ramin İsayev görülən işlər, əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, qazma tarixində bir sıra uğurlara və yeniliklərə imza atan şirkətin əsas missiyalarından biri Azərbaycanın hüdudlarından kənarda da ölkəmizi təmsil etməkdir.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının və “SOCAR-AQŞ” MMC-nin “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirdikləri yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova yazı müsabiqəsi barədə ətraflı məlumat verib.Sonra qaliblər mükafatlandırılıb.

Qaliblər arasında CBC televiziyasının əməkdaşı da var. Əməkdaşımız Fərəh Sabirqızı müsabiqədə 1-ci yerə layiq görülüb. Ümumilikdə 22 jurnalist müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Sonra şirkətin təsis etdiyi tələbə təqaüdləri təqdim edilib.


Create Account



Log In Your Account