Oct 18 2019 20:00
Views: 317

İstanbulda SOCAR AQŞ və "China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries&Trade Inc." şirkəti arasında ‘’Duz Gölü" yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi üzrə qazma müqaviləsi imzalanıb.  İnteqrə olunmuş qazma xidmətləri müqaviləsi Türkiyədəki "Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi məqsədilə 40 quyunun qazılmasını nəzərdə tutur.
 Müqaviləyə əsasən, SOCAR AQŞ quyuları Türkiyənin Aksaray vilayətinin Duz Gölü bölgəsində qazaraq sifarişçiyə təhvil verəcək. Müqavilənin dəyəri, təxminən, 100 milyon ABŞ dolları civarındadır. Müqavilə açar təhvili tiplidir. Yəni qazma işinə aid bütün işləri SOCAQ AQŞ öz üzərinə götürür 
 Müqavilənin imzalanma mərasimində “China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsinin baş direktoru Murat Mehmet Kurtuluş bildirib ki, bu layihə nəticə etibarilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir: "Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi" layihəsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və SOCAR AQŞ bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək". qeyd olunub ki, Türkiyədə quruda qazma bazarında özünə layiqli yer tutan ilk milli müəssisə olan SOCAR AQŞ Azərbaycan qazma sahəsinin 150 ildən çox zəngin tarixinə söykənərək bu layihənin icrası zamanı gənc türk mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına da öz töhfəsini verəcək.
Qeyd edək ki, “SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Hazırda “SOCAR AQŞ” “Dayazsulu Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. "IC İbrahim Çeçen Yatırım Holdinq A.S."nin lokomotiv şirkəti olan "IC İçtaş Construction" öz 50 illik təcrübəsi ilə yerli və beynəlxalq makromiqyaslı layihələr üçün öncül hesab edilən, Türkiyə və beynəlxalq şirkətlər arasında ön sırada yer alan qabaqcıl şirkətdir. "IC İçtaş Construction" enerji sektorundakı öz investisiyaları ilə elektrik enerjisinin istehsal və paylanma sahələrində də fəal bir iştirakçıdır.


Create Account



Log In Your Account