May 11 2019 19:46
Views: 493

İstedadlı gənclərin irimiqyaslı layihələrə cəlbi və şəxsi inkişaf perspektivləri... SOCAR AQŞ-nin təşkil etdiyi karyera sərgisi məhz bu məqsədə xidmət edir. Tədbir gənclərin böyük marağına səbəb olub. Karyera sərgisi iş və təcrübə axtarışında olan gənclərlə perspektivli kadr cəlb etmək istəyən şirkətlərin ünsiyyəti üçün yaxşı imkan yaradıb.
SOCAR AQŞ gənc kadrların cəlbinə üstünlük verməklə yanaşı, həm də onlar üçün müxtəlif təlim proqramları həyata keçirir. Bu proqramlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Sərgi çərçivəsində maraqlı əyləncə proqramı da təşkil olunub. Gənclər SOCAR AQŞ şirkətindəki fəaliyyət, əsas peşələrlə oyun şəklində tanış ola biliblər. Qeyd edək ki, karyera sərgisini SOCAR AQŞ Amerika Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyası ilə birgə təşkil edib.


Create Account



Log In Your Account