Aug 05 2020 18:07
Views: 316

Neft hasilatının azaldırması bu sahədə işçi tələbatına birbaşa təsirini göstərib. lakin SOCAR mövcud vəziyyətdən çıxış yolunu kütləvi ixtisarlarda deyil, işçilərini təlimlər vasitəsi ilə daha da inkişaf etdirməkdə və hazırkı tələbata uyğun olaraq, uyğun fərqli faəliyyət sahələrinə yönləndirməkdə görür. SOCAR-ın insan resurslari departamentinin rəisi Asif Bəkirli bu məqsədlə işçilərin təlimlərdən sonra sınağa cəlb olunduğunu bildirib. Asif Bəkirli qeyd edib ki, qiymətləndirilmə 2 hissədən ibarət olacaq. mühəndis –texniki işçilər, qulluqçular, və fəhlə kateqoriyasında işləyən insanların qiymətləndirilməsində test nəticələri ilə yanaşı , digər amillər də böyük rol oynayacaq. Belə ki, test imtahanı qulluqçu kateqoriyalı işçilərin ümumi qiymətləndirmə balının 50%-ni, ixtisaslı fəhlə kateqoriyasında çalışan işçilərin isə 60%-ni təşkil edəcək.

Asif Bəkirli qeyd edib ki, əl qabiliyyəti tələb olunan peşələrdə isə işçilər peşə sınağından keşməli olacaq. növbəti mərhələlərdə qiymətləndirmə nəticələrinə əsasən işçilərin yerləşdirilməsi və  müxtəlif təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Qiymətləndirmə nəticələrinin formalaşdırdığı reytinq əsasında işçinin həm öz müəssisə və ya təşkilatında, həm də SOCAR-ın digər müəssisələrində mövcud olan və işçinin kvalifikasiya göstəricilərinə uyğun olan vakant vəzifələrdə yerləşdiriləcək.  Bir qrup işçinin xüsusi və ya ümumi təlimlərə cəlb olunması, habelə ikinci peşəyə yiyələnməsi üçün də şərait yaradılacaq. Bugün test imtahanına cəlb oluhnan işçilərin sayı 180 ə yaxındır və onlar SOCAR ın müxtəlif struktur bölmələrinin işçiləridir.

Test imtahanları pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq, şəxsi qoruyucu vasitələrlə, sosial məsafə və təmizlik-dezinfeksiyaya riayət etməklə təşkil olunur. İşçilər 60 nəfərdən ibarət olmaqla 3 qrupa bölünərək imtahana cəlb olunub. Qobustan təlim mərkəzində keçiriləcək test imtahanları növbəti həftələrdə də davam etdiriləcək. SOCAR-ın Siyəzən şəhərində fəaliyyət göstərən işçiləri üçün test imtahanları avqust ayının növbəti həftələrində Siyəzən şəhərində keçiriləcək.


Create Account



Log In Your Account