Nov 29 2017 17:32
Views: 1319

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğı Azərbaycan idmanın dünyada tanınmasına səbəb olub. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ilin oktyabrında Barselonada karatenin kyokuşin növü üzrə keçirilən Avropa çempionatının qalibi Kəmalə Məmmədova və Antalyada keçirilən boks üzrə gənclər arasında Avropa çempionatının qızıl medalçısı Sahil Allahverdiyev, eləcə də Gürcüstanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə belə deyib. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza da diqqət və qayğı ilə yanaşdığını deyən diplomat istər Azərbaycanda, istərsə də Gürcüstanda idmanın inkişafında SOCAR-ın rolunu vurğulayıb. Bildirib ki, SOCAR Azərbaycanda və Gürcüstanda bir neçə idman federasiyasına sponsorluq edir. “Biz hamımız SOCAR-ın idmana qayğısı nəticəsində əldə olunan uğurların şahidiyik. Sevindirici haldır ki, Gürcüstanda yaşayan soydaşlarımız da göstərilən diqqət və qayğıdan bəhrələnərək yüksək nəticələr qazanıblar. Kəmalə Məmmədova və Sahil Allahverdiyevin qazandığı uğurlar bunun bariz nümunəsidir”, - deyə səfir bildirib. idmançıları təbrik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR təkcə Azərbaycanda deyil, qonşu və dost Gürcüstanda da elmin, təhsilin və idmanın inkişafına böyük önəm verir. “Azərbaycan Prezidentinin də dediyi kimi, məqsəd neft kapitalını insan kapitalına çevirməkdir. Bunun üçün də əlimizdən gələni edəcəyik”. Sitatın sonu. SOCAR-ın prezidenti gürcüstanlı idmançıları Azərbaycanın “Neftçi” klubu ilə əməkdaşlığa dəvət edib. Sonra idmançılara hədiyyələr təqdim olunub. İdmançılar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.


Create Account



Log In Your Account