May 22 2019 14:20
Views: 166

SOCAR bu vaxtadək Türkiyədəki layihələrinə 15 milyard dollar investisiya yatırıb. Bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter məlumat verib. Bildirib ki, SOCAR Türkiyədəki investisiyalarını davam etdirəcək. İlkin mərhələdə şirkətin bu ölkəyə sərmayə qoyuluşu 19,5 milyard dollara çatacaq.

Mesut İlter bildirib ki, SOCAR-ın İzmirin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodu ilin sonuna kimi 8 milyon ton xam məhsul emal edəcək.Onun sözlərinə görə, zavodda sınaq mərhələləri uğurla başa çatıb. Zavod qısa müddətdə tam gücü ilə işləyəcək. SOCAR-ın Türkiyədəki daha bir layihəsi – yeni neft-kimya müəssisəsi ilə bağlı yekun investisiya qərarı isə gələn il veriləcək. Bu barədə “Petkim”in icraçı direktoru Anar Məmmədov məlumat verib.

Anar Məmmədov bildirib ki, indi layihə ilə bağlı texniki işlər davam edir. Xatırladaq ki, ötən ilin dekabrında BP və “SOCAR Turkey”  Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar. Layihənin dəyəri təqribən 1,8 milyard dollar təşkil edəcək. Yeni zavodun 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.


Create Account



Log In Your Account