Apr 10 2019 19:57
Views: 452

İstanbulun yeni hava limanının aviayanacaq təchizatçılarından biri SOCAR olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji” İstanbul hava limanının elan etdiyi, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə “SOCAR Aviation” markası ilə qalib gəlib. SOCAR İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcək. SOCAR Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb. “Star” neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə SOCAR-ın bu sahədə imkanları daha da artır.


Create Account



Log In Your Account