Jan 24 2019 18:58
Views: 331

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləməyə başlayacaq. Zavodun direktoru Xəyal Cəfərov CBC-yə müsahibəsində bu barədə məlumat veirb. Bildirib ki, müəssisə tam gücü ilə işləməyə başlayandan sonra ixrac üçün imkan da yaranacaq. Zavodun əsas məqsədi karbamid gübrəsinə olan  daxili tələbatını tam ödəməklə yanaşı məhsulun ixracını həyata keçirməkdir. SOCAR Karbamidin istehsala başlaması ilk növbədə kənd təsərrüfatının inkişafına təkan verəcək, ölkənin gübrə idxalına sərf etdiyi valyutaya qənaət olunacaq.
Azırbaycanda istehsal olunan karbamidi daha rəqabətqabiliyyətli edən xammalın yerli olmasıdır. Müəssisədə hər il təxminən 450 milyard kubmetr təbii qaz xammal kimi istifadə olunacaq. Alınan hazır məhsul ixracı ölkəyə həmin qazın xammal şəklində satışından 2 dəfə çox, 160 milyon dollar gəlir gətirəcək. Azərbaycan karbamidinin beynəlxalq səviyyədə tandılması və satış həcmini artırmaq üçün məhsul birjada yerləşdiriləcək. birja əməliyyatlarını SOCAR Trading həyata keçirəcək.
SOCAR Karbamid həm də ölkədə yeni iş yerlərinin açılması baxımından önəmli layihədir. Burda 500 nəfər işlə təmin olunacaq. Zavodda iş prosesi tam avtomatlaşdırılıb. İşçilərin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi əsas prioritetlərdən biridir.
Qeyd edək ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Bu məhsul digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur. Azərbaycan indiyədək karbamidi xaricdən alıb. Bu məhsula olan tələbin ödənməsi və ixrac imkanları nəzərə alınaraq 2011-ci ildə ölkə prezidentinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində SOCAR karbamid zavodunun təməli qoyub. Bu, hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir.


Create Account



Log In Your Account