May 10 2019 20:10
Views: 359

Milli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gün boyunca Fəxri Xiyabana insan axını vardı. Səhər saatlarından etibarən dövlət və hökumət nümayəndələri müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin məzarını ziyarət edir, əklilər qoyur, öz ehtiramını bildiriblər.
Hər il olduğu kimi bu il də dövlət qurumlarının nümayəndələri kütləvi şəkildə Fəxri Xiyabanı ziyarət ediblər. SOCAR rəhbərliyi, şirkətin əməkdaşları, şirkətin nəzdində olan müxtəlif müəssisələrin kollektivi də ziyarətdə iştirak edib. SOCAR əməkdaşları milli lider Heydər Əliyevin məzarının önünə gül dəstələri düzüblər, öz ehtiramlarını bildiriblər. Milli lideri yad etmək üçün Azrbaycanın hər yerindən, bütün şəhər və rayonlarından  insanlar Fəxri Xiyabana gəlib onun ruhunu yad ediblər. Ziyarətçilər arasında xaricdə yaşayan azərbacaynlılar da var .
Milli lider Heydər Əliyevin məzarını ziyarətə gələnlər arasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - hərbçilər, təhsilvə səhiyyə işçiləri, yaşlılar, gənclər, uşaqlar var. Vətəndaşlar  Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, onun dünyada tanıdılmasında, milli dövlətçiliyin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirir.
Ziyarət iştirakçıları qeyd ediblər ki, Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaq.


Create Account



Log In Your Account